Çin Pakistana atom elektrik stansiyasının tikintisinə kömək edəcək

Çin Pakistana atom elektrik stansiyasının tikintisinə kömək edəcək

Çin və Pakistan arasında Pəncab əyalətində 1200 MVt gücündə atom elektrik stansiyası tikmək üçün 4,8 milyard dollarlıq məbləğində müqavilə imzalayıb.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

Saziş Çinin Milli Nüvə Korporasiyası ilə Pakistanın Atom Enerjisi Komissiyası arasında bağlanıb.

Pakistanın Baş naziri Şahbaz Şərif bildirib ki, “Chashma 5” layihəsinin tikintisinə dərhal başlanılacaq və Çindən ilkin olaraq 100 milyon dollardan artıq vəsait artıq alınıb.

“Çinin bu layihəyə 4,8 milyard dollarlıq töhfə verməsi Pakistanın Çin şirkətləri və investorlarının sərmayə qoymağa öz inamını nümayiş etdirməyə davam etdiyi bir yer olduğunun güclü göstəricisidir”.

Oxşar xəbərlər