Amerikalı müğənni və aktrisa Cennifer Lopes öz əri, hazırda boşanma prosesində olduğu aktyor Ben Afflekə həsr etdiyi döymədən qurtulub.
Oxu.Az xəbər verir ki, bu barədə "People" məlumat yayıb.
55 yaşlı J.Lo Toronto Film Festivalında qırmızı xalça üzərinə çıxıb və burada "Untamed" filmini təqdim edib. Bu görünüş üçün o, kənarlarında dərin yarıqlı uzun paltar seçib.
Jurnalistlər bu kəsiklər sayəsində ulduzun bədənində həmin döymənin olmadığını görüblər. Lopesin tatunu sildiyi, yoxsa makiyajla örtdüyü məlum deyil.
Lopes və Afflek 14 fevral 2023-cü ildə birgə olduqlarına həsr edilən döymələr etdiriblər.
Avqustun 20-də Cennifer Lopesin Ben Afflekdən boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumatlar ortaya çıxıb. Pop müğənnisi ayrılığa səbəb kimi barışmaz fikir ayrılıqlarını göstərib.