Daşqınlara görə 63 mindən çox sakin TƏXLİYƏ OLUNDU

Daşqınlara görə 63 mindən çox sakin TƏXLİYƏ OLUNDU

Qazaxıstan xilasediciləri daşqın səbəbindən bir neçə yaşayış məntəqəsindən 63 mindən çox insanı təxliyə ediblər.

Kristal TV xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin fövqəladə hallar idarəsinin rəisi Kaharman Orazalin brifinqdə məlumat verib.

“Təbii fəlakətlə əlaqədar 3400-ə yaxın ev su altında qalıb. Hazırda müvəqqəti yerləşdirmə mərkəzlərində 13 328 nəfər var. Xilasetmə əməliyyatlarına 8,7 mindən çox insan, 1,7 min texnika və 12 təyyarə cəlb olunub”,- Orazalin qeyd edib.

Bildirilib ki, daşqınlar səbəbindən ölkənin 10 rayonunda yerli fövqəladə vəziyyət elan edilib.

Oxşar xəbərlər