Dəmir yolu keçidində ölümlə nəticələnən YOL QƏZASI

Dəmir yolu keçidində ölümlə nəticələnən YOL QƏZASI

Martın 27-də saat 00:26 radələrində Mingəçevir şəhərində 99-DZ-700 dövlət nömrə nişanlı “Audi” markalı maşın yüksək sürətlə hərəkətdə olarkən sürücü idarəetməni itirib və dəmiryol keçidinin yaxınlığında təmas xəttinin dirəyinə çırpılıb.

Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) xəbər yayıb. Bildirilib ki, qəza nəticəsində sürücü dünyasını dəşiyib.

"ADY bir daha nəqliyyat vasitələri sürücülərini dəmiryol keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salmağa, yüksək sayıqlıq göstərməyə çağırır", - deyə səhmdar cəmiyyəti bəyan edib.

Oxşar xəbərlər