Pərvin “Təhminə” olmaq istəyir?

Pərvin “Təhminə” olmaq istəyir?

"Öz pikimi yaşamamışam, onu gözləyirəm. Pikim Təhminə obrazıdır. Özümü Təhminə obrazında görürəm. Onu qınamıram".

Xəbərə görə, bu sözləri aktrisa Pərvin Abıyeva "Dəyişən cavab" verilişində danışıb. Sənətçi Anar Ağakişiyevin "Sən o filmi yenidən ərsəyə gətir, rejissor da olsun Kənan MM" ifadələrinə diqqət çəkən cavab verib: "Məncə, Kənan MM "Təhminə" filmini çəkə bilməz. O filmin çox böyük məsuliyyəti, ağırlığı var. Əvvəlcə Anardan icazə alınmalıdır. Bir neçə il bundan öncə "Təhminə və Zaur" serialı çəkildi. O obraza məni dəvət etdilər, getmədim. Çünki yaxşı alınmayacağını bilirdim. O filmi çəkmək mənim işim deyil. O qədər möhtəşəm bir film və əsərdir ki, onu çox yaxşı, güclü, bacarıqlı komanda, rejissor, prodüser ərsəyə gətirməlidir və məni də dəvət etməlidir. Mən o filmi çəkməkdən qorxaram. O obrazı o qədər sevirəm ki, rejissor kimi ağırlığını daşımaq istəmirəm", - deyə, Abıyeva bildirib.

Oxşar xəbərlər