Doğum günüdə döyüşə yollanan, 20 yanvar Ümumxalq hüzn günü şəhidlik zirvəsinə ucalan Hüseynov Vidadi İlyas oğlunun 21 oktyabr doğum günüdür.
Çox təəssüf ki, şəhidin əsgərlik şəkili yoxdur.
Samux rayon Çobanabdallı kənd tam orta məktəbinin məzunu Hüseynov Vidadi İlyas oğlu 21 oktyabr 1975-ci ildə Çobanabdallı kəndində anadan olub.
1993-cü ilin oktyabr ayının 21-i, doğum günündə hərbi xidmətə yollanan Vidadi Hüseynov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub.
20 Yanvar 1994-cü il, Ümumxalq Hüzn Günü Ağdam uğrunda gedən döyüşlər zamanı, qəhrəmancasına şəhid olub. Yanvarın 27-də Müqəddəs torpağa tapşırılıb.
Bacısı Nazilə xanımın verdiyi məlumata görə cəmi üç ay döyüşlərdə iştirak edən Vidadi əsgərlik şəkilləri çəkdirib göndərməyə imkan olmayıb. Arzusu budur ki, onun əsgərlik yoldaşlarından qalan varsa, onun şəkillərini bizə göndərsin. İnanırıq ki könüllü rəssam tapılacaq ki şəhidin şəkilini təsvir etsin.
Qürurla anırıq.