22:33
Son məlumata əsasən, ölənlərin sayı 40 nəfərə çatıb. 100-dən çox yaralı var.
_______
22:16
Moskva vilayətinin “Crocus City Hall” konsert salonunda baş verən atışmada ölənlərin sayının 15-ə, yaralananların sayının isə 50-yə çatdığı bildirilib. Xəbərə görə, bu barədə “Readovka” “Telegram” kanalı məlumat yayıb. Konsert salonunda partlayış baş verib və tavan çöküb. Eyni zamanda silahlı iki nəfərin konsert salonuna daxil olaraq insanlara atəş açmasının görüntüləri də yayılıb.