“Əlaçı” tele-layihəsinin seçim turu

“Əlaçı” tele-layihəsinin seçim turu

Dağlıq  Şirvan  Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin  şagirdləri “Əlaçı” tele-layihəsinin seçim turunda iştirak ediblər. 

Kristal TV bildirir ki, Şamaxı şəhər 9  nömrəli tam orta  məktəbdə keçirilən seçim turunda Şamaxı, İsmayıllı, Ağsu və Qobustan  rayonlarından ümumillikdə, 120  nəfər X sinif şagirdi iştirak edib.  Müsabiqənin yekununa əsasən, ən yüksək nəticə göstərən şagirdlər “Əlaçı” televiziya layihəsinin aprel ayında keçiriləcək 18-ci mövsümünün çəkilişlərində iştirak edəcəklər.


Oxşar xəbərlər