Könüllü gənclərə sertifikatlar təqdim olundu.
Kristal TV xəbər verir ki, İsmayıllı Regional Mədəniyyət İdarəsi Ağsu rayon Heydər Əliyev Mərkəzində təcrübə keçən,13 könüllülük fəaliyyətlərini uğurla başa vuran könüllü gənclərə sertifikatlar təqdim olunub. Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi gənclər siyasəti çərçivəsində gənclər həmişə dövlət qayğısı ilə əhatə olunmuş, onların dövlət idarəçiliyində və cəmiyyətin bütün sahələrində təmsil olunmaları, müasir dövrün tələblərinə uyğun şəkildə təhsil almaları daim diqqət mərkəzində olmuşdur. Bu gün də ölkə başçısı, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi gənclər siyasəti respublikamızda gəncliyin inkişafına, dövlət quruculuğunda və idarəçiliyində, cəmiyyət həyatının bütün sahələrində təmsil olunmasına münbit şərait yaradıb. Ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı da bu siyasətin bariz nümunəsidir.Gənclərin hərtərəfli inkişafında, bilik və bacarıqlarının artırılmasında könüllü hərəkatı böyük önəm daşıyır, onun formalaşmasında Birinci vitse-prezident Mehriban Əliyevanın rolu xüsusidir. Məhz onun təşəbbüsü ilə həyata keçirilən sosial-humanitar layihələr, beynəlxalq tədbirlər minlərlə gəncə potensiallarını reallaşdırmaq, öz imkanlarını göstərə bilmək üçün şərait yaradıb. Ağsu rayonunda da gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsi ilə əlaqədar 2023ci ilin yanvar ayından başlayaraq rayon Heydər Əliyev Mərkəzində “Könüllülər Birliyi” fəaliyyət göstərir. Bu işdə məqsədimiz gənclərin potensialından daha səmərəli istifadə etmək, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, könüllü hərəkatının inkişafını dəstəkləməkdir.
“Könüllülər Birliyi”nin üzvü olan gənclərimiz təcrübə dövründə Mərkəzin layihələrində və maarifləndirici tədbirlərində yaxından iştirak edir və fəaliyyətlərini uğurla davam etdirirlər. Könüllü fəaliyyəti çərçivəsində Mərkəzdə onlarla gənc bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər.
Qeyd edək ki, mərkəzdə könüllü kimi 3 ay müddətində çalışıb öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar verilir və bu da onlara növbəti iş həyatına uğurlu bir keçid fürsəti qazandırır. Könüllü şəkildə dövlətə, ictimai maraqlara təmənnasız xidmət göstərmək saf niyyətdən doğan çox nəcib bir əməldir və hər cür alqışa layiqdir.Qeyd edək ki təlimlər"İnformasiya Texnologiyaları və Kargüzarlıq üzrə təlimçi Nigar Məmmədovanın təşkilatçılığı ilə keçirilir.
- USD : 1.7000
- EUR : 1.8748
- RUB : 0.0180
- CANLI
Könüllü gənclərə sertifikatlar təqdim olundu
- Elm-təhsil
- 9 ay əvvəl əlavə olunub
Oxşar xəbərlər
Milli musiqi günümüzə özəl
1 il əvvəl"Müəllimlərimizi Tanıyaq" - Yeganə Şirinova
12 ay əvvəlŞəhid bacısına yüksək vəzifə verilib
9 ay əvvəl
Son xəbərlər
"Geniş dairədə öyrənmə" layihəsi nəyi, necə öyrədir?
27 gün əvvəl"Dünyanın təhsil mənzərəsi"
28 gün əvvəlMüəllimlərə qarşı ZORAKILIQ
1 ay əvvəlMəktəb Junalları GERİ QAYTARILDI
1 ay əvvəlRamal verilişə qeyri-adi linzalarla çıxdı
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun