Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə əməkdaşlığın cari vəziyyətini müzakirə edib

Əli Əsədov Türkiyənin milli təhsil naziri ilə əməkdaşlığın cari vəziyyətini müzakirə edib

Yanvarın 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Nazirlər Kabinetindən "Kristal Tv" -ə bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.

Təhsil sahəsi Azərbaycan-Türkiyə əlaqələrinin vacib istiqaməti kimi dəyərləndirilib, bu sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Oxşar xəbərlər