Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazıdır. Kərimova bildirib ki, məhkəmə düzgün qərar qəbul etmir:
Axşam.az xəbər verir ki, müğənni videoaçıqlama yayaraq hakim Abbas Rzayevi məhkəmə prosesini uzatmaqda günahlandırıb:
"Başa düşmürəm nədən ehtiyat edir və uzadırsınız. Qanunu bilə-bilə, ona istinad etməkdən, günü günə uzadır: sabah olsun, o biri gün olsun. Nə vaxta kimi mən məhkəməyə ayaq döyəcəyəm? Ekspertizadan belə keçən sübuta niyə göz yumursunuz?Bunu nə ilə izah edirsiniz? Məni ayağa verəcəksiniz? Olmayacaq... Vətəndaşlıqdan belə imtina edərəm, şərəf ordeni taxan biri şərəfimi qoruya bilmirəm. Nə qədər tapşırıqla iş aparmaq olar. Öz ölkəsinə belə düşmənçilik olar?
Abbas müəllim, kimi gözləyirsiniz? Bağışlayan, dayanan deyiləm. Mövqeyimdən başqa, ailəmə, gələcəyimə, özümə olan münasibətimdir. Bu, ləkə mənim boynumda qalmayacaq. Bəsdir, tapşırıq gözləyib, onu yerinə yetirirsiniz. Siz də bir ailəinin böyüyüsünüz. Mən Afətin haqsızlığına dözməyəcəyəm. Ölkə başçısına və Mehriban Əliyevaya ərizə yazacağam".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.