Göygöl şəhərində fərdi yaşayış evində uçqun altında qalmış 1987-ci il təvəllüdlü Cəfərov Emin Əlivənd oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bu barədə “Report”a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.
Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatına FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası və xüsusi təlim keçmiş xidməti it cəlb olunub.
01.20
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Göygöl şəhərində fərdi yaşayış evində 1 nəfərin uçqun altında qalması barədə məlumat daxil olub.
“Report” xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, müvafiq texnikası
və xüsusi təlim keçmiş xidməti it axtarış-xilasetmə işlərinə cəlb olunub.
Xilasedicilər xüsusi texnika və avadanlıqlardan istifadə etməklə axtarış-xilasetmə işlərini davam etdirir. Əlavə məlumat veriləcək.
2023-08-15 22:32
Göygöl rayonunda fərdi evdə uçqun olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə fərdi evdə təmir işləri görülən zaman baş verib və bir nəfər dağıntılar altında qalıb.
Hazırda dağıntı altında qalan şəxsin xilasetmə işləri aparılır.