Hazırda dünyada islamofobiya ilə bağlı vəziyyət daha da pisləşib.
Bildirilir ki, bu açıqlamanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Bakıda keçirilən "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
O hesab edir ki, Avropanın bəzi ölkələrində islamofobiya aşağıdan yuxarı deyil, yuxarından aşağı yayılır: "Misal olaraq, 2019-cu ildə Fransada dövlət müəssisələrində müsəlmanlara qarşı ayrıseçkilik halları özəl sektorda çalışanlara nisbətdə daha çox olub. Fransa və digər Avropa ölkələri ilə bağlı konkret statistik məlumatlar var. İbadət evlərinin tikilməsinə gəlincə, Fransada 2500 məscid var. Əhalinin 10 % müsəlmandır. Həmin məscidlər bir otaqdan ibarətdir. Kənardan dəstəyi isə ölkə rəhbərliyi Fransanı islamlaşdırmaq kimi qəbul edir".