Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) helikopter bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib. Uçuşdan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara təhlükəsizlik qaydaları çatdırılıb. Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər gündüz və gecə vaxtı havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər. Uçuş heyətinin döyüş hazırlığı və praktiki vərdişlərinin daha da artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə icra olunub.
- USD : 1.7000
- EUR : 1.7488
- RUB : 1.6559
CANLI
Hərbi pilotlarımız hava kəşfiyyatı apardılar
- Xəbərlər
- 12 ay əvvəl əlavə olunub

Xəbərə aid teqlər:
Oxşar xəbərlər
İlham Əliyev Şəmkir rayonuna səfər edib
2 il əvvəlPutin Kremldə Əsədlə danışıqlar aparıb
9 ay əvvəlBir qrup norveçli səyahətçi Füzulidə səfərdədir
12 ay əvvəl
Son xəbərlər
Foto Sevgi dolu müəllim, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
26 gün əvvəlOrucu arıqlamaq niyyəti ilə tutmaq olarmı?
2 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun