İsrail on minlərlə hərbçisini Livanla sərhədə cəmləyib

İsrail on minlərlə hərbçisini Livanla sərhədə cəmləyib

İsrail on minlərlə hərbçisini Livanla sərhədə cəmləyib.

 

“Kristal Tv ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Conatan Konrikus bildirib.

 

Onun sözlərinə görə, Livanla sərhədyanı zonada hələ ki sakitlikdir: “Ehtiyatda olan hərbçilər İsrailin cənub sərhədboyu ərazilərinə yerləşdirilib və tapşırıqları yerinə yetirməyə hazırdır”.

 

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netaniyahu müdafiə, strateji planlaşdırma nazirləri, Milli Təhlükəsizlik Şurasının başçısı, ŞABAK (İsrail daxili kəşfiyyat xidməti ) və MOSSAD-ın (Xarici kəşfiyyat idarəsi) rəhbərləri, baş nazirin hərbi işlər üzrə katibi, AMAS (İsrail Müdafiə Ordusunun Baş qərargahının əməliyyat idarəsi), Baş qərargahın strateji bölməsinin rəhbəri, ərazilərdə hökumətin fəaliyyətinin əlaqələndiricisinin iştirakı ilə telefon müşavirəsi keçirib.

Oxşar xəbərlər