Xocalı şəhərində Şəhidlər Xiyabanı salınır.
əlumata görə, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:
“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır, bununla bağlı işlər görülür. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.
Ş.Usubov vurğulayıb ki, hava şəraiti ilə əlaqədar kütləvi məzəarlıqda işlərə bir qədər fasilə verilib: “Yaxın günlərdə ərazidə işlər bərpa olunacaq”.
Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı kütləvi insan qalıqları aşkarlanıb.