İsveç parlamenti hökumətin ölkədə nüvə enerjisi ilə bağlı qanun layihəsini dəstəkləyib.
“Kristal Tv” TASS-a istinadən xəbər verir ki, bu barədə qanunverici orqan press-relizdə bildirib.
Təklif olunan dəyişikliklər o deməkdir ki, yeni atom elektrik stansiyalarının tikintisinə icazə verilir, eyni zamanda 10-dan çox reaktorun işləməsinə yol açılır.
“Parlament hökumətin fikrini bölüşür ki, qalıq yanacaq istifadə etməyən nüvə enerjisi İsveçin enerji kompleksində mərkəzi rol oynamağa davam etməlidir. Bunun əsas səbəbi elektrik enerjisinə tələbatın gözlənilən artımı və ən azı qalıq yanacaqların mərhələli şəkildə dayandırılması zərurəti ilə bağlıdır. Nüvə enerjisi həmçinin İsveç enerji sisteminin sabit və proqnozlaşdırıla bilən fəaliyyətinə töhfə verir”, – məlumatda bildirilib.