"Kibertəhlükəsizlik üzrə məlumatlılığın artırılması" adlı layihənin açılış mərasimi keçirildi.
Azərbaycan Elm və Təhsil Nazirliyinin Təhildə İnkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin qalibi – Lənkəran rayon, İ.İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəbinin direktorunun rəhbəri olduğu “Kibertəhlükəsizlik üzrə məlumatlılığın artırılması” layihəsinin 18 oktyabr 2023-cü il tarixində açılış tədbiri keçirildi. Açılış tədbiri İ.İ.Mahmudov adına Liman şəhər 1 nömrəli tam orta məktəbində təşkil olundu. Tədbirdə Lənkəran Təhil Sektorunun müdiri Elman Rzayev, sektorun aparıcı məsləhətçisi Nüsrət Əlizadə, Lənkəran-Astara Regional Təhsil İdarəsinin tədrisin keyfiyyəti sektorunun məsləhətçisi Mətanət Ağayeva, Hicran Qurbanova, Lənkəran İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin aparıcı məsləhətçisi Ruslan Hüseynov, Lənkəran dövlət Universitetinin Biologiya və Ekologiya kafedrasının müdiri, dosent Hüseynov Məmmədhüseyn,Peşə təmayüllü sinif üzrə qrup rəhbəri Cavid Məmmedzadə, layihənin eksperti məktəbin kimya müəllimi Fidan Həbibova, layihənin mühasibi Dilqəm Əliyev, layihənin təlimçisi Rafət Şirəliyev, ümumtəhsil məktəbinin rəhbərləri, məktəbin müəllimləri və şagirdlər iştirak etdi. Layihə rəhbəri biologiya elmləri üzrə fəlsəfə doktoru Sever Ağayeva məktəbin əldə etdiyi uğurlar və layihə haqqinda geniş məlumat verdi.
Layihə təlimçisi Rafet Şirəliyev görüləcek işlər haqqında tədbir istirakçılarınü məlumatlandırdı Sektor müdiri Elman Rızayev, Lənkəran Dövlət universitetinin dosenti Məmmədhüseyn Hüseynov və digər qonaqlar layihə haqqında fikirlərini qeyd etdi.