2025 M05 7, Wed

Makron Dünya Kubokunun açılış mərasimində fitə basılıb, təhqir edilib

Makron Dünya Kubokunun açılış mərasimində fitə basılıb, təhqir edilib

Fransada keçirilən reqbi üzrə Dünya Kubokunun açılış mərasimində iştirak edən tamaşaçılar çıxış edən prezident Emmanuel Makronu fitə basıblar.

 

Bu barədə “Kristal Tv “Le Parisien” nəşrinə istinadən xəbər verir.

 

Mərasimdə öncə Dünya Reqbi Prezidenti Bill Bomont çıxış edib. Daha sonra kürsüyə Makron dəvət edilib. Bu zaman tamaşaçılar onu fit basıblar.

 

Yalnız onun bütün çempionat iştirakçılarını və Fransa millisini dəstəkləməyə çağırışından sonra tribunalarda olanlar fit çalmağı dayandırıblar.

 

“AFP” agentliyi öz növbəsində qeyd edib ki, Marsel və Parisin fan zonalarında da dövlət başçısının ünvanına fit və təhqirlər eşidilib.


Oxşar xəbərlər