Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulub.
"Report" xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. "Gənclik şəhəri" təmsilçisinin heyətində 7-ci dəqiqədə penaltidən Kasimir Ninqa fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 42-yə çatdıran "Sumqayıt" üçüncü pillədəki "Zirə"yə çatıb. Naxçıvan klubu 32 xalla səkkizincidir.
Qeyd edək ki, bu turda "Neftçi" "Qəbələ"i, (1:0), "Qarabağ" "Kəpəz"i (6:1), "Zirə" "Sabah"ı (1:0) məğlub edib. "Səbail" - "Turan Tovuz" görüşündə qalib müəyyənləşməyib - 1:1.