Azərbaycan 2050-ci ilə qədər istixana qazı emissiyalarını əhəmiyyətli dərəcədə 40 % azaltmağı hədəfləyir.
"Kristal Tv" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) G77+ Çin liderlərinin Zirvə görüşündə deyib.
“Bura 30 illik erməni işğalından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqlim dəyişikliyi ilə bağlı öhdəliklərin yerinə yetirilməsinə töhfə verən “yaşıl enerji” zonasının yaradılması daxildir”, - o bildirib.
Nazir vurğulayıb ki, Azərbaycan qlobal təşəbbüslərin qəbulundan sonra onların geniş şəkildə təşviqi və həyata keçirilməsinə güclü sadiqlik nümayiş etdirib: “Son 20 ildə Azərbaycanda əhəmiyyətli iqtisadi dəyişikliklərə baş verib, bunu ümumi daxili məhsulun (ÜDM) 3 dəfə artması sübut edir. Ölkə yoxsulluq səviyyəsinin 49 %-dən 5 %-ə qədər əhəmiyyətli dərəcədə azalmasına nail olub. Bundan əlavə, 2023-cü ildə ÜDM-in təxminən 10 %-ni təşkil edəcəyi gözlənilən xarici dövlət borcunun olduqca aşağı səviyyəsi ilə Azərbaycan dünya bazarında seçilir”.
Onun sözlərinə görə, dayanıqlı gələcəyə nail olmaq üçün yol aydındır, lakin bu yol həll edilməli olan problemlərlə doludur: “Yaşıl iqtisadiyyat"a aparan yolda diqqəti çəkən problemlərdən biri də torpaqlarımızın minalarla çirklənməsidir. Azərbaycan təsdiq edir ki, davamlı inkişafın və "yaşıl" transformasiyanın təşviqində minalarla mübarizə təşəbbüslərinin rolu mühümdür”.