Sabiq Təhsil naziri, fizika-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbində olub. Orada müəllimlər və kursantlarla görüşən sabiq nazir sinif otaqları, kitabxana, yeməkxana ilə yaxından tanış olub.
Qeyd edək ki, M.Mərdanov auditoriya qarşısında mühazirə ilə çıxış edib, məktəbin müəllimləri qarşısında Azərbaycan təhsil sistemi, onun tarixi, keçdiyi inkişaf yolları, problemləri və onların həlli yolları ilə bağlı müzakirələr aparıb.