Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirildi

Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirildi

Martın 13-də Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu keçirilib. Qəbulda idarə müdiri ilə bərabər Ağstafa, Qazax, Tovuz, Gədəbəy və Şəmkir rayonları üzrə təhsil sektorlarının müdirləri də iştirak ediblər.

İdarədən Kristal TV-yə bildirilib ki, qəbulda vətəndaşların müraciətləri dinlənilib və həlli üçün müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Qazax-Tovuz Regional Təhsil İdarəsində vətəndaş qəbulu davamlı olaraq keçirilir.


Oxşar xəbərlər