Mükafatlandlrma gecəsini tərk etdi, qonaqlar təəcübləndi
Mükafatlandlrma gecəsini tərk etdi, qonaqlar təəcübləndiKobud səhvləri ilə adından söz etdirən ABŞ prezidenti Co Bayden bu dəfə qatıldığı "Şərəf medalı" mərasimini qəfil tərk edib.
BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, həmin anlar və qonaqların zaldakı üz ifadələri saniyə-saniyə lentə alınıb. Onun prezident təyyarəsinə minərkən pilləkənlərlə yıxılması, havaya salam verməsi, məclislərdə yatması, siyasətçilərin və ölkələrin adlarını qarışdırması, ABŞ mətbuatında psixi pozğunluqlarla bağlı müzakirələrə səbəb olub.
ABŞ qoşunlarının 2021-ci ilin avqustunda Əfqanıstandan çıxarılmasından sonra ilk dəfə Baydenin prezidentliyini dəstəkləyənlərin nisbəti 43 faizə düşüb. Baş verən hadisələr, son olaraq prezidentin bu hərəkəti zalda olan qonaqlar və mətbuat nümayəndələri təəccüblərini gizlədə bilməyiblər.
Sevda Səfərova