NATO-nun Baş katibi: Rusiya ilə sərhəddəki vəziyyəti diqqətlə izləyirik

NATO-nun Baş katibi: Rusiya ilə sərhəddəki vəziyyəti diqqətlə izləyirik

NATO Alyansa üzv ölkələr üçün bilavasitə hərbi təhlükə görmür.

 

“Kristal Tv ” xəbər verir ki, bunu Brüsseldə keçirilən mətbuat konfransında Alyansın baş katibi Yens Stoltenberq bildirib.

 

“NATO ölkələri özləri üçün heç bir bilavasitə hərbi təhlükə görmürlər. Bu, Alyans dövlətləri tərəfindən hərbi xərclərin kəskin artması ilə izah edilə bilər”, - o vurğulayıb.

 

Y.Stoltenberq bildirib ki, bilavasitə hərbi hücum təhlükəsi görməsələr də, hibrid və kiber təhlükələr qalmaqdadır: “Biz bu riskləri və Rusiya ilə sərhəddəki vəziyyəti diqqətlə izləyirik”.

Oxşar xəbərlər