Portuqaliyanın Qimarayeş şəhərində keçirilən batut gimnastikası, ikili-mini batut və tamblinq üzrə Avropa çempionatında uğurla çıxış edən Azərbaycan millisi Vətənə qayıdıb.
Kristal TV xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, tamblinq üzrə millinin üzvləri Tofiq Əliyev, Mixail Malkin, Bilal Qurbanov və Adil Hacızadə komanda hesabında qızıl medala yiyələniblər. Yığmamız bu növ üzrə ilk dəfə Avropa çempionatında komanda hesabında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Əli Niftəliyev və Ammar Baxşaliyev də (batut gimnastikası) sinxron proqramda birinci yeri tutublar. Tofiq Əliyev (tamblinq), Ayan Şabanova və Samirə Hüseynova (batut gimnastikası) sinxron proqramda gümüş medal qazanıblar. Bu, Azərbaycanın batut gimnastikası tarixində qadınlar arasında gənclərin sinxron proqramında qazanılan ilk gümüş mükafatdır.
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
Qızıl və gümüş medallar qazanan gimnastlarımız Vətənə qayıtdılar
- Xəbərlər
- 2 il əvvəl əlavə olunub
Oxşar xəbərlər
İsrail Təbrizdə hərbi kazarmanı vurdu
28 gün əvvəlUkraynaya 757 hərbçisinin meyiti qaytarılıb
1 il əvvəl
Son xəbərlər
Alma qabıqlarını atmayın! FAYDALIDIR
3 gün əvvəlBlogger nedir? Blogger Kimdir?
10 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
12 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
21 gün əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
23 gün əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
24 gün əvvəlVideo “ZəfərFest-5” yaradıcılıq festivalı keçirilib
24 gün əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
24 gün əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun