Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Naxçıvanda "Sarsılmaz Qardaşlıq-2025" kompüter dəstəkli komanda-qərargah və "Mustafa Kamal Atatürk-2025" döyüş atışlı birgə taktiki təlimlərinə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib. Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Sədərək sərhəd keçid məntəqəsinə - Araz çayı üzərindəki "Ümid" körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Ağrı vilayətinin Doğubəyazit rayonundan mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib. "Ümid" körpüsündə Azərbaycan Respublikasının Dövlət Himni və Türkiyə Respublikasının İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub. Sonra təlimə cəlb edilən bölmələr və hərbi texnika sərhəd-keçid məntəqəsindən Naxçıvana yola düşüblər. Təlimin planına əsasən, tank, mexanikləşdirilmiş və komando bölmələri artilleriya, hava hücumundan müdafiə və aviasiya bölmələrinin dəstəyi ilə müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirəcəklər.
- USD : 1.7000
- EUR : 1.9379
- RUB : 2.1492
CANLI
Naxçıvanda "Sarsılmaz Qardaşlıq-2025" və "Mustafa Kamal Atatürk-2025" təlimləri keçiriləcək
- Xəbərlər
- 2 gün əvvəl əlavə olunub

Oxşar xəbərlər
Mərmərə dənizində zəlzələ olub
1 il əvvəlAleyna Tilki oteldən qovuldu
2 il əvvəl
Son xəbərlər
Abunə ol
Xəbərləri ilk siz oxuyun