Qazax–Tovuz Regional Təhsil İdarəsi yeni ünvanda dövlətə xidmət göstərir

Qazax–Tovuz Regional Təhsil İdarəsi yeni ünvanda dövlətə xidmət göstərir

Azərbaycan Respublikasının təhsil sistemində mühüm rol oynayan Qazax–Tovuz Regional Təhsil İdarəsi artıq fəaliyyətini Tovuz şəhərində yerləşən yeni inzibati binada davam etdirir. İdarə əvvəlki illərdə Şəmkir rayonunda fəaliyyət göstərsə də, region üzrə təhsil administrasiyası işinin daha səmərəli və çevik təşkili məqsədilə hazırkı ünvan Tovuz rayonu Düz Cırdaxan kənd ərazisində fəaliyyət göstərir. 

 

Qazax–Tovuz Regional Təhsil İdarəsi Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları üzrə məktəbəqədər və ümumi təhsil müəssisələrinin idarə olunmasını həyata keçirir, bu bölgələrdə dövlətin təhsil siyasətinin icrasını təmin edir. Qeyd edək ki, regional təhsil idarələrinin yaradılması Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2022–2023-cü illərdə həyata keçirilib və Qazax–Tovuz Regional Təhsil İdarəsi də bu çərçivədə fəaliyyətə başlayıb.

 

Regional idarəetmə modelinin tətbiqi məktəbəqədər və ümumi təhsil sahəsində idarəetmənin daha əlçatan, şəffaf və operativ şəkildə qurulmasına imkan yaradıb. Bu yanaşma regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsinə, mövcud problemlərin vaxtında aşkar edilərək aradan qaldırılmasına xidmət edir.


Oxşar xəbərlər