"Özümü xöşbəxt hiss edirəm " Sevinc Məmmədov a

"Özümü xöşbəxt hiss edirəm " Sevinc Məmmədov a

Hardan başlamalıyam bilmirəm... nağıllar kimi biri var idi, biri yox idi deməliyəm bəlkə də...yox, yox, axı biri var çoxu yoxdu. Bəs necə başlayım? 

Varlıqla yoxluq arasında bir yerdəyəm bəlkə də. Kiminə görə yox görülmək kiminə görə var görülmək...əslində əvvəldən təkliyi sevirdim. Bundan da çox xoşbəxtəm. Bir iki canım var nə gözəl... doğmalığın qan qohumluğu olmadığı qədər, əzizliyin sevgidən yox güvəndən gəldiyini anlayacaq qədər həyatım olub. Anlaşılmazlıqlar içində anlaşılmayı gözlədim, kimsəyə qarışmadan bir gün kəşf edilməyi gözlədim. İçimi, qəlbimi, vicdanımı təmiz saxladım....

Öncələr haqq deyə haqqı tələb edərkən, hər kəs uğrunda savaşarkən yox olduğumu da zamanla öyrəndim. Kimsəm olmadığını da, tək olduğumu da. 

Yalan nə deyim, uşaqlıqdan ailəm mənlə fəxr etsin deyə çabaladım. Yaşama bağlamağa bir neçə səbəb.... inadkar da bir insanam. 

Amma əmin olduğum bir şey var idi, bu dünyaya aid olmadığım. Əvvəldən məlum idi... yaşıdlarım nə düşünürdü, mən nə düşünürdüm, insanlar nə düşünürdü, mən nə düşünürdüm. 

Durub soruşmaq lazımdı bəzən "Həqiqətən mən nə istəyirəm?" deyə...

Hər yaşayış, hər dirəniş pislikdən bir yerdən başlayar...qəbullanmaq nə gözəl

Kimsəyə ehtiyacım olmadan böyümüşəmsə, niyə kiminsə təqdirinə, xoş sözünə ehtiyacım vardı?! Birini xoşbəxt etdikdə xoşbəxt olan biriyəm. Hamı danışır, yüzlərlə kitab oxuyuram özünü sev, özünə dəyər ver. İstəmirəm! İstəmirəm axı mən. Həyat geridönüş verməli, insanlar dəyərləndirməli, hər şey bumeranq kimi dönür deyərkən bu nəzərə alınmalıydı. Biz insanlara nə qədər də eqoist, özünüdüşünən, hər şeyə qarşı şübhəli olmağı öyrətdik. 

Bəs ailə? Ailə olmaq? Güvənmək? Niyə bir yarış içindəyik ki? Qəbul etmədiyim bir şey var: İçimdən pislik keçmədən etdiyim heç nəyin cavabdehliyin daşımıram. Mən nə etdiyimə cavabdehəm. Sizin nə anladığınız, məncə, sizin probleminizdir. 

Əvvəldən susan biri olmuşam amma hər şeyi dağıdıb yandıracağım yerdə susmağı seçməyi öyrətdiniz mənə , yola verməyi öyrətdiniz mənə. Susdum, çəkildim bir tərəfə...

Nə istədiyinizi bilmədiyiniz, qırıb tökməkdən həzz aldığınız sizləri anlaya bilmirəm, birilərinin inadına bir şeylər edən sizləri anlaya bilmirəm, etdiyiniz səhvləri qəbul etməyib necə vicdanınızı susturduğunuzu anlaya bilmirəm, dəyər verdikcə özünüzə necə haqq qazandırdığınızı anlaya bilmirəm... davam edimmi??? Bilə-istəyə şeytan kimi görməzdən gəlmək istəyinizi anlaya bilmirəm, əzab verməkdən həzz aldığınızı anlamayacaq qədər aciz olduğunuz halda şeytanın oyuncağına çevrildiyinizi anlaya bilmirəm, özünüzlə bacara bilməyib camaat üçün yaşamağınızı anlaya bilmirəm..dövr yaltaqların dövrüdür deyib elə olmağınızı anlaya bilmirəm, güc göstərilərinizi izləməyi anlaya bilmirəm, yaxşılıq etməyi belə göstərmək üçün etməyinizi anlaya bilmirəm, yaxşılıq üçün yalan danışır, saxtakardı deməyinizi anlaya bilmirəm, yediyinizi, geydiyinizi, ailə varlığınızı, pulunuzu reklam etməyinizi anlaya bilmirəm, hamı özün sübut eləməyə çalışır, hamı özünü bir şeydən qorumağa çalışır? Axı nədən?! Niyə hamı düşməni varmış və bənzərsizmiş kimi danışır anlamıram...Hər şeyinizi qoyun kənara bir sual verin : Allah adına siz kimsiz? Əlinizdən bütün hər şeyiniz alındıqdan sonra geriyə qalanınız nədir? 

Ölümlü dünyada olduğumuzu mu unutdunuz? Bir əmanət olduğunuzu mu unutdunuz? Niyə daha yaxşısı üşün qaçırsız, niyə pul üçün qaçırsız? Dilinizə sus demək, əlinizə ver demək bu qədərmi çətindir ?! 

İnsanlara əzab vermək bu qədər mi sizi xoşbəxt edir, birilərini incitmək, qırmaq?!

Siz nə qədər acizsiniz? 

Niyə bizi güclü olmağa məcbur edirsiniz? Üstümüz başımız yara buraxın, buraxın, bir saniyə nəfəs almağa ehtiyacı olanlar var...

Biz axı belə olmamalıydıq. Başqasının xoşbəxtliyi ilə sevinməli, paylaşmalı, incitməkdən qorxmalı, bağışlamalı, ailə olmalı, məhrəmi, ayıbı bilməli, səssiz sakit yaşamalı idik. Siz isə o qədər ucadan danışırsınız ki, sizi anlaya bilmirəm. 

Səhv tutmaq üçün dinləyir, pisi axtarmaq üçün baxırsız. Əlbəttə, bunu əldə edəcəksiniz. 

Qəribə bir məntiqdir. Qırırsınız, qırılanda niyə deyirsiz? Əzab verirsiz , günahdır deyəndə deyirsiz niyə? Hər şeydə yarışırsız ? Mən daha çox ağrıyıram, mənim daha çox köməyə ehtiyacım var, mən daha yaxşıyam, mən daha çox bilirəm , mən ,mən ,mən...

İnkişaf bu deyildi. .. insanlıq bu deyildi. ..

Özümü tapa bilmirəm, inanın hardayam bilmirəm, hansı ölkə, hansı diyar...

 

Ey İNSANLAR, SİZ HARDASIZ???? BURDA SİZƏ BƏNZƏR MƏXLUQLAR VAR. QIRIRLAR, DAĞIDIRLAR, İNCİDİRLƏR. ƏZAB VERMƏYİ SEVİRLƏR. MƏNİ DƏ TƏKLİKLƏ HƏDƏLƏYİR ÖZLƏRİNƏ BƏNZƏMƏYƏ DƏVƏT EDİRLƏR.

 

EY İNSANLAR, SƏSİMƏ SƏS VERİN. MƏN QORXURAM. YA MƏNİ DƏ ÖZLƏRİNƏ BƏNZƏTSƏLƏR? YA BAŞQA ÇARƏ BURAXMASALAR? 

 

EY İNSANLAR, NƏFƏS ALIN. SAKİTLƏŞİN. DURUN. DURUN. DURUN. BİZ İNSANIQ. HƏLƏ ÜMİD VAR ! GƏLİN, QALXIN, QALXIN AYAĞA BİZ QALİB GƏLƏ BİLƏRİK ŞEYTANA- EQOLARIMIZA, PALTARLARIMIZA, PULLARIMIZA, EVİMİZƏ, MAŞINIMIZA, ƏŞYALARIMIZA...

 

Hörmətlə, Məmmədova Sevinc

Oxşar xəbərlər