Qaydalara əsasən, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.
Kristal TV Azərbaycan müəllimi online qəzetinə istinadən xəbər verir ki, əlilliyi olan müəllim Jalə Zərquliyeva 2017-ci ildə müəllimlərin işə qəbulu imtahanlarında, 2023-cü ildə isə sertifikatlaşdırma prosesində iştirak edib və hər ikisindən 54 bal toplayıb. 32 ildir müəllim işləyən Leylan Kərimova da sertifikatlaşdırma imtahanında uğurla iştirak edib.