Pakistan Xalq Partiyasının (PXP) həmsədri Asif Əli Zərdari Pakistanın prezidenti seçilib.
Bu barədə “Dawn” qəzeti Pakistanın Seçki Komissiyasına istinadən məlumat verib.
Bildirilib ki, Zərdari prezident seçkilərində seçicilər kollegiyasının 411 səsini toplayıb. Onun rəqibi Mahmud Xan Açakzai 181 səs toplayıb.
Prezident seçkiləri martın 9-da keçirilib. Pakistan Konstitusiyasına uyğun olaraq, onlar parlament seçkilərindən bir ay sonra və ya hazırkı dövlət başçısının prezidentlik müddətinin bitməsinə bir ay qalmış keçirilir.