Rusiyanın Xalq artisti Alla Puqaçovanın qızı, Rusiyanın Əməkdar artisti Kristina Orbakaytenin Kreml Sarayında Beynəlxalq Qadınlar Günü şərəfinə verdiyi konsertdə çıxışı gözlənilmədən ləğv edilib.
Bu barədə "Московский комсомолец" məlumat yayıb. Bildirilib ki, Orbakaytenin adı son tarixlərə qədər konsert proqramında olub. O, İrina Alleqrova və İqor Krutoydan sonra səhnəyə çıxmalı və Aleksey Vorobyovla birlikdə "Sadəcə səni sevmək" mahnısını ifa etməli idi. Lakin təşkilatçılar birdən onun iştirakı ilə nömrəni proqramdan çıxardıblar.
Nəşrdə buna Orbakaytenin anası Puqaçovanın Rusiya hökumətinə qarşı səsləndirdiyi açıqlamalar səbəb kimi göstərilib.
Həmçinin, Rusiyanın Xalq artisti Filip Kirkorov iş qrafikinə görə Kremldəki konsertdə iştirak etməyib. Onun çıxışı əvvəlcədən tamaşaçı olmadan lentə alınıb və konsertin televiziya versiyasına əlavə edilib.
Xatırladaq ki, Orbakaytenin bir müddət əvvəl 3 konserti ləğv olunmuşdu.