Qazax, Ağstafa və Gədəbəy rayonlarında təhsil müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilib
Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev Qazax, Ağstafa və Gədəbəy rayonlarında yeni tədris ili ilə əlaqədar təhsil işçiləri ilə görüşlər keçirib.
Görüşlərdə rayonların keyfiyyət göstəriciləri, yeni tədris ilinə hazırlıq prosesləri və digər prioritet məsələlər müzakirə edilib.
İdarə müdiri Arslan Hacıyev çıxış edərək təhsil işçilərini yeni tədris ili münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Daha sonra müdir müavini Nizaməddin Babanlı çıxış edərək təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələr barədə fikirlərini bölüşüb.
Sonda direktorları maraqlandıran suallar cavablandırılıb.