Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib .

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib .

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 7-də Şəmkir şəhər Məhəmməd Füzuli adına məktəb-liseydə Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev, Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarında çalışan təhsil işçiləri iştirak ediblər.

Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev 2022-2023-cü tədris ilinə həsr olunmuş hesabatla çıxış edib. Ötən tədris ilində “Heydər Əliyev ili” çərçivəsində keçirilən tədbirlər, şagird və müəllim nailiyyətləri, IV siniflər üzrə milli qiymətləndirmənin, IX və XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri, Respublika Fənn Olimpiadaları, fənn müsabiqələri üzrə reytinq sıralaması, təhsilin təşkili və idarə olunması üzrə statistik məlumatlar, əmək intizamına nəzarət və bu istiqamətdə görülmüş tədbirlər, təhsil müəssisələrinin istilik təminatı və təmir-tikinti ehtiyacları kimi məsələlər barədə geniş məlumat verib. 

Hesabatın sonunda təhsil müəssisələri, təhsilverənlər və təhsilalanlarla bağlı 2023-2024-cü tədris ili üzrə əsas mesajlar konfrans iştirakçılarının diqqətinə çatdırılıb.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Elm və Təhsil Nazirliyi tərəfindən görülən işlərin əhəmiyyətini vurğulayıb və təhsil işçilərini yeni tədris ilinin başlanğıcı münasibətilə təbrik edib.

Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında 2023-2024-cü tədris ili üçün təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarəedilməsində əlçatanlığın və şəffaflığın təmin edilməsi üçün qarşıda duran vəzifələr barədə fikirlərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. 

Sonra 2022-2023-cü tədris ilində səmərəli fəaliyyətlərinə və gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə 8 təhsil işçisi “Fəxri fərman”, 2 məktəb isə “Təşəkkürnamə” ilə təltif ediliblər.

Konfransda şagirdlərin ifasında bədii nümunələr təqdim edilib və sonda xatirə şəkli çəkdirilib.

 


Oxşar xəbərlər