274 nömrəli tam orta məktəbin “Respublika əlaçısı”nı siz də TANIYIN!

274 nömrəli tam orta məktəbin “Respublika əlaçısı”nı siz də TANIYIN!

      Daha bir gəncimiz - Alıyeva Gülşən Yalçın qızı “Respublika əlaçısı” seçildi. Hazırda Bakı şəhəri, Etibar Şirəliyev adına 274 nömrəli tam orta məktəbin 11A sinfində oxuyan Gülşən Alıyeva Buraxılış imtahanında 286.3 bal toplayaraq bu ada  layiq görülmüşdür. Bildirək ki, qalibimiz 9-cu sinfi bitirəndə də qırmızı attestat almışdı.

       Kristal TV-nin məlumatına əsasən,  Alıyeva Gülşən Yalçın qızının bu uğuru nəinki təhsil aldığı 274 nömrəli tam orta məktəbin, eyni zamanda, bütün vətənpərvərlərin sevincinə səbəb olmuşdur. Onun atası - palkovnik-leytenant, artilleriyaçı Yalçın Alıyev 2-ci Qarabağ Müharibəsinin fəal iştirakçısı olmuşdur.

         Bu və digər səbəbdən, “Respublika əlaçı”mız olan Gülşəndə böyük əzmlə çalışmaq, ucalmaq, Vətənin adını daim zirvələrə qaldırmaq hissi daha güclü olmuşdur...

     Unutmayaq ki, hansı sahəyə mənsub olmağından asılı olmayaraq, qazandığın hər bir uğurun, ilk növbədə, ailənin, Vətəninin adına yazılır... Eşq olsun əzmkar gənclərimizə!!!

       Biz də Gülşəni təbrik edir, ona təhsil həyatında və gələcək karyerasında uğurlar arzu edirik!!! Gələcəyinin parlaq olacağı ümidi ilə...

Aymirə İsmayılqızı


Oxşar xəbərlər