Qazax-Tovuz Regional Təhsil İdarəsində 5 oktyabr - #BeynəlxalqMüəllimlərGününə həsr olunan tədbir keçirildi.

Tədbirdə idarə müdiri Arslan Hacıyev, idarə əməkdaşları və müəllimlər iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Müəllim əməyini əsl vətənpərvərlik nümunəsi kimi qiymətləndirən idarə müdiri vurğulayıb ki, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm Dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir.
Çıxışının sonunda idarə müdiri bu gün münasibətilə müəllimləri təbrik edib və onlara uğurlar arzulayıb.

Çıxış edən müəllimlər göstərilən qayğı və diqqətə görə öz təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Daha sonra #BeynəlxalqMüəllimlərGünü münasibətilə müəllimlərə təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Qazax-Tovuz Regional Təhsil İdarəsinin Təşəkkürnaməsi təqdim edilib.

Oxşar xəbərlər