“Qərənfil” körpələr evi-uşaq bağçasının məktəbəqədər qrupunun şagird və müəllim heyətinin iştirakı ilə Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin 35 -ci il dönümünə həsr olunan “Yarım qalmış arzula” adlı anım tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 20 Yanvar faciəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. “Qərənfil” körpələr evi-uşaq bağçasının müdürü Sevda Səfərova 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmayan təcavüzü, hərbi birləşmələrin törətdikləri vəhşiliklər zamanı ömürlərinin fidan çağında amansız düşmən gülləsinə tuş gələn 13 yaşlı Larisa Məmmədova və İlqar İbrahimov haqqında məlumat verib, mövzu ilə bağlı şeirlər söyləyiblər, tamaşalar göstərilib.
“Qərənfil” körpələr evi-uşaq bağçasının müdürü Sevda Səfərova qeyd edib ki, “20 Yanvar” hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsada bu hadisə milli tariximizin ən şanlı səhifələrindən birini təşkil edir. Bu hadisə milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhalinin qəhrəmanlığıdır.Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər zaman ehtiramla yad olunacaqdır.
Kristal Tv olaraq bu cür addımları daima alqışlayırıq. Körpə fidanlarmızın vətən pərvər ruhda böyüməsi olduqca qürur vericidir.