Qazax-Tovuz Regional Təhsil İdarəsində STEAM müəllimləri ilə görüş keçirilib.
Görüşdə idarə müdiri Arslan Hacıyev, RTİ-nin əməkdaşları və STEAM yarışlarında qalib gələn komandaların müəllimləri iştirak ediblər.
Arslan Hacıyev müasir dövrdə STEAM dərslərinin tədrisinin vacibliyini vurğulayıb, praktiki məşğələlərin, texniki biliklərin gündəlik həyatda önəmindən danışıb.
Daha sonra müəllimlərin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, STEAM - Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. STEAM təhsilalanlarda tənqidi yanaşma, yaradıcı düşünmə, qazanılan biliklərin müqayisəli şəkildə anlaşılması, yaradıcı formada yeni layihələr əsasında biliyin möhkəmləndirilməsi və s. kimi XXI əsr bacarıqlarını formalaşdırır.