Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə yağan intensiv yağışlar səbəbindən Bakı şəhərinin Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşa məxsus fərdi yaşayış evinin və həyətyanı sahəsinin subasmaya məruz qalması barədə məlumat daxil olub.
Nazirlikdən bildirilir ki, məlumatla əlaqədar dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Görülmüş tədbirlər nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.