Sabirabad şəhər 1 nömrəli məktəbində nələr baş verir. Direktorun şəhidlərə nifrəti nədən qaynaqlanır

Sabirabad şəhər 1 nömrəli məktəbində nələr baş verir. Direktorun şəhidlərə nifrəti nədən qaynaqlanır

Kristal TV xəbər verir ki, Sabirabad şəhər 1 nömrəli məktəbdə Vətənpərvərlik haqqında söz açılanda rəhbərlik tərəfindən cəza tətbiq olunur. Bəli cəza. Öz hüqlarını qorumaq istəyən müəllimlərin dərs saatları belə əlindən alınır, direktorun yanlış fikirinə müdaxilə edənlər bu məktəbdə  Vətən xaini hesab edilir.

Məktəbin müəllim kollektivi şəhidlərimizin xatirəsini əzizi tutaraq sinif otaqlarına şəhid adları vermək və onların rəsmlərini əks etdirən tabloları sinif otaqlarının girişində yerləşdirməyi planlaşdırırlar. Bunu duyan cox "hörmətli"  məktəb direktoru Xəlilova Sevinc Mirzəxan qızı müəllimlərin üzərinə yüksək səs tonu ilə bura qəbirstanlıqdır ya nədir deyərək həmin şəkillərin təcili sökülməsini göstəriş verir. Və üzünü qapıya tərəf tutub mən sizin üçün qapıçıyammı bir-bir şəhid ailəsini qarşılayım deyə kinayəli baxışlarla kollektivə qışqırır.

Bu xəbəri bir neçə media saytları ictimailəşdirməsinə baxmayaraq hələ də  Sabirabad rayon Təhsil sektoru və Mil Muğan Regional Təhsil İdarəsinin müdiri heç bir açıqlama və tədbir görmür.

Əldə etdiyimiz məlumata görə bir neçə şəhid ailəsi bununla bağlı Mil Muğan Regional Təhsil İdarəsinə müraciət ediblər. Müraciətin cavabında "şəhidlər baş tacımızdır",  Sevinc xanım keçmiş deputatın qardaşı qızıdır, illərdi müəllimlər öyrəşiblər onun xasiyyətinə, narahat olmayın məsələ öz həllini tapacaq deyərək yola salınıb.

İctimaiyyət hansısa tədbir görülməsini gözlədiyi halda Mil Muğan Regional Təhsil İdarəsinin müdiri Sevinc xanıma xaiş minnətə çıxıb ki, məktəbdə sakitlik yaratsın.

Şəhidlər o şəhidlər idi ki, 44 günə qanları ilə tarix yazdılar. Bu gün tarix yazan şəhidlərimizin adını uca tutmaq əvəzinə onların tablosunun sökülməsinə göstəriş verənlərə ar olsun.

Qeyd edək ki, yuxarıda qeyd olunanlar şahid ifadələri, səs yazıları və müraciət əsasında araşdırılıb və xəbərin real faktlara söykəndiyini tam təsdiq edirik. 

30 sentyabr 2023

Əziz izləyicilər bu xəbərdən sonra nə qədər məlumatlar bizə göndərilib. Ayrı-ayrı şəxslər tərəfindən. Demək bu məktəbin direktorun qalmaqallı hadisələri o qədərdir ki, yazmaqla bitmir. Bu məktəbdə şagirdə qarşı təcavüz olub, bəli təcavüz. Təəccüblənməyin əldə etdiyimiz məlumatlara görə hətda bu barədə Sabirabad rayon prokurorluğunda cinayət işi başlanılıb. Sadəcə nəticəsi bilinmir. Biz sizə digər səs yazılarını eləcədə bütün olub keçənləri barəsində məlumat verəcəyik. Yeni video yüklənəcək.

 


Oxşar xəbərlər