Rusiyanı sanksiyalarla qorxutmaq olmaz.
Kristal Tv “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiyanın ABŞ-dəki səfiri Anatoli Antonov deyib.
O, Vaşinqtonun yeni sanksiyalarını “qanunsuz hiylə” kimi qiymətləndirib: “ABŞ dünya bazarında rəqiblərini “nokaut etməyə” çalışır. ABŞ bizim tərəfdaşlarımızı, o cümlədən Çini qorxutmağa çalışır, normal xarici ticarət əməkdaşlığının kanallarını bağlamağa cəhd edir. Onlar yenə də yerli yüksək texnologiya, nəqliyyat və enerji şirkətlərini hədəfə alırlar”.
Diplomatın sözlərinə görə, ABŞ bu cür “qanunsuz hiylələrlə” başqa ölkələrlə əməkdaşlığa ziyan vurur.
Qeyd edək ki, ABŞ mayın 1-də Rusiyanın hərbi sənaye bazasına dəstək səbəbindən müxtəlif ölkələrdən 29 fiziki və 250-dən çox hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib