BDU-nun yeni rektoru KİMDİR?

BDU-nun yeni rektoru KİMDİR?

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevlə bağlı sərəncam imzalayıb. 
  Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndi rəhbər tutularaq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq Elçin Babayev Bakı Dövlət Universitetinin rektoru təyin edilib.

Kristal TV  yeni rektorun bioqrafiyasını təqdim edir: 

Elçin Babayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində doğulub.

O, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) astrofizika, radioastronomiya ixtisaslarına yiyələnib. Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktorudur.

E.Babayev Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər direktor müavini, ŞAR “Günəş və Günəş-Yer əlaqələrinin fizikası” şöbəsinin rəhbəri, ŞAR Elmi Şurasının sədr müavini, AMEA “Azərbaycan Astronomiya Jurnalı”nın baş redaktor müavini vəzifələrində fəaliyyət göstərib.

O, həmçinin 2009-2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru vəzifəsində çalışıb. Bundan başqa, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Dövlət Universitetində, Əmək və Sosial Münasibətlər Akademiyasında, 289 nömrəli məktəb - “Zəngi” liseyində, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında, Rəhbər Dövlət İdarəçiliyi Kadrlarının İxtisasının Artırılması İnstitutunda, Rəhbər kadrların fasiləsiz təhsil mərkəzinin qısamüddətli ixtisasartırma kurslarında pedaqoji fəaliyyətlə məşğul olub.

Oxşar xəbərlər