“Qürur duyuram ki, təhsilimiz üçün mən də nəsə etmişəm...”

“Qürur duyuram ki, təhsilimiz üçün mən də nəsə etmişəm...”

”Təhsil təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işidir, ümummilli məsələdir.”

Kristal TV TehsilForumu.Az saytına isitinadən xəbər verir ki , Təhsil səlnaməmizin ən uğurlu səhifələrindən biri də, məhz 80-cı illərin ortalarına aid edilə bilər. Bu ilkə imza atılması nəticəsində “SSRI tarixi” ümumi kursunun tərkibundə, onunla sıx əlaqədə - sinxron şəkildə öyrənilən Azərbaycan tarixi ayrıca fənn kimi keçilirməyə və attestata ayrıca qiymət yazılmağa başlandı. Tarixdən yeni proqramın fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, məzmunun ideya-nəzəri səviyyəsi yüksəlir, onun tərbiyəvi, dünyagörüş təsiri gücləndirilir, şagirdlərin yaş imkanları və tədris planı üzrə ayrılmış vaxta müvafiq olaraq bilik, bacarıq və vərdişlərinin optimal həcminin müəyyənləşdirilməsi, onun ümumi tarix kursu ilə vəhdətinin gücləndirilməsi, qarşılıqlı əlaqəsinin təmin edilməsi, məktəblilərin təlim, tərbiyə və həyata hərtərəfli hazırlanması tam və bütövlük halında həllini tapırdı.

İlk olaraq ondan başlayım ki, Latviyanın paytaxtı Riqa şəhərində aspirant və gənc alimlərin növbəti Ümumittifaq konfransına mən də dəvət almışdım. Protokol qaydalarına əsasən tədbirin gedişi ərzində 15 müttəfiq respublikanı təmsil edən konfrans iştirakçılarının şəhərin görməli yerləri və bir sıra təhsil ocaqları ilə tanış edilməsi nəzərdə tutulmuşdu. Paytaxtın orta məktəblərinin birində olarkən, diqqətimi bir müəllimin stolunun üstündə “Latviya tarixi” dərsliyi və ayrıca tədris proqramı cəlb etdi.

Oxşar xəbərlər