Şərqi Zəngəzur tarixi torpağımıızdır!
Zəngəzur Ermənistanın cənub hissəsini və Azərbaycan ərazilərinin kiçik bir hissəsini əhatə edən tarixi mahaldır. Zəngəzur mahalı Qafan, Gorus, Qarakilsə, Megril(Mehri), Zəngilan, Qubadlı və Laçının bir hissəsini əhatə edir. XX əsrin əvvəlinə kimi vahid şəkildə AXC-nın ərazisində olsa da, “qırmızı qaranlıq” çökəndən sonra 1921-ci ilin avqustunda bir hissəsi Ermənistana birləşdirilmişdir. XX əsrin əvvəlində Zəngəzur mahalında 149 türk, 91 kürd, 81 erməni kəndi mövcud olmuşdur. Toponimin özü də türk sözü olmaqla etnik kökün haraya vardıgına sübutdur. Toponimin sonundakı “zur” sözü türk dilində “dərə”, “yargan” mənasını verir. Azca tarixə dönsək ərazidə olan siyasi, mədəni hadisələr də çox mətləblərdən xəbər verər. Zəngəzur Cavidan, Babək dövründə Xürrəmilərin ərəblərə qarşı 60 ilədək sürən qanlı döyüşlərin məkanı olub. Ərazidə atəşpərəstlik geniş yayılmış, məbədlərdə neçə-neçə abidələrdə izlərə rast gəlinmişdir. Ərəblər məhz Cənubi Azərbaycan-Naxçıvan- Biçənək- Gorus –Laçın istiqamətləri ilə Şimali Azərbaycana soxulmuşdur.
İstanbul- Topqapı sarayı muzey kitabxanasında İrəvan, Zəngəzurla bağlı “Mühimmə dəftəri” adlı sənəd saxlanır.Bu hələ XVI əsrin əvvəlində yanlış siyasətlə buradan türk əhalinin köçü başlamış, 1988-ci ildən isə bütövlükdə yurddaşlarımız yerlərindən qovulmuşlar.
Tarixi torpaqlarımızı özünə vətən edən, havadarlarına güvənən Ermənistan Qarabağ və ətraf əraziləri də işğal etməklə qalmadi, maddi mədəniyyətimizi vandalizmə məruz qoydu. Məscidlərimiz, muzeylərimiz yerlə yeksan edildi. Bu sübut edirdi ki, onlar “fakt” saxlamaqdan necə qorxurlar. Zalımın zülmü olsa da, bizim də ədalət haqqımız, şanlı əsgərimiz var. 44 gün ərzində dünya hərb tarixində möcüzəvi səhifələr yazdı igidlərimiz. Şəhid və qazi oldular, amma təslim olmadılar. Rəsmi İrəvanın cinayətkar mövqeyi müharibə dövründə davamlı nümayiş etdirildi. Mülki əhaliyə qarşı qadağan olunmuş silahlardan, ballistik raketlərdən istifadə olunması bunu bir daha sübut etdi.
Vətən savaşından sonra böyük quruculuq tədbirlərinin başlanması dönməz iqtisadi-mədəni siyasətin, dayanıqlı mövqeyin nümayişidir. Təkcə “Xarı bülbül” festivalı, məscidlərin restovrasiyasl dünya siyasət “bazarına” yönəlmiş mesaj idi. Rəsmi Bakı Ermənistanın Qafqaz regionu üçün “boğazda qalan tikə” olduğunu və hər addımda “yaralar” aça biləcəyini xatırladırdı. Daha sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi regionunun yaranması, Şuşaya yeni yolun çəkilməsi də təsirli misallardır.
Qarabağ iqtisadi rayonuna Xankəndi, Xocavənd və Xocalı rayonalrının daxil edilməsi “status” məsələsinin “cəhənnəmə” getdiyini nümatiş etdirir.
Şərqi Zəngəzur iqtisadi rayonuna Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər daxil edilmişdir. Fərmanda ərazilərin iqtisadi potensialından, geniş turizm imkanlarından səmərəli istifadə nəzərdə tutulur. Daha çox isə siyasi, psixoloji məsələlər üstünlük təşkil edir. Əvvəla tarixə bir işarədir ki, AXC qəzalarından biri Zəngəzur idi, ikinci isə “Şərqi Zəngəzur” sözü deyir ki, bunun qərb hissəsi də var. Bu bir siyasi təzyiq vasitəsi kimi gələcəkdə prioritet ola bilər.
Torpaqlarımızı azad etdik. Heç bir ölkənin ərazisinə iddiamız yoxdur. Cənab Ali Baş Komandan müsahibələrində bunu vurğulayıb deyir: “ Bizim ata-baba torpaqlarımız olan İrəvan, Zəngəzur və digər ərazilər indi Ermənistan dövləti üçün torpaq olub. Ancaq biz Ermənistana qarşı torpaq iddiası irəli sürmürük. Halbuki sürə bilərik. Çünki indiki Ermənistanın yerləşdiyi ərazi qədim türk, Azərbaycan torpaqlarıdır”.
Rusiyanın vasitəçiliyi ilə imzalanan kaputulyasiya aktı müharibəni bitirdi. Qan tökülməsinə tərəfdar deyilik. Lakin deyərdim ki, rəsmi İrəvan “revanşizm” siyasətindən əl çəkmir. Qeyri-ciddi siyasətçi, məsuliyyətsiz hərəkət və çıxışları ilə insanlığı, Ermənistanın özümü də fəlakətə sürükləyən Paşinyan və onun komandası çirkin əməllərindən əl çəkmək istəmir, sərhədlərdə yerli münaqişələri qızışdıraraq havadarlarından istifadə etməyə çalışırlar. Lakin artıq bu “oyunlar” baş tutmayacaq deyərdim. Əgər yeni bir təxribat olarsa Azərbaycan əsgəri “ ilanın başını” bir yumruqla əzəcəkdir.
Dünyanı qlobal problemlər, pandemiyalar bürüyən halda mənfur qonşunun “nazı” ilə oynamağa bu xalqın səbri qalmayıb. Bütün prizmalarda siyasət yalnız humanizmə, sülhə xidmət etsin! Analar ağlamasın, uşaqlar yetim qalmasın! Torpaq var olsun deyə özü torpaq olanlarımızın ruhu şad olsun! Möcüzə ilə sağ qalan şəhid deyərdim qazilərə! Onlar da sağlığına qovuşsun! Qarabağ, Şərqi Zəngəzurda dinc quruculuq işləri uğurla davam etsin İnşəAllah!
Ulduzə Alıyeva
Tovuz rayon Aşağı Quşçu kənd İ.Mürşüdov adına tam orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim”.