Təhsil sektorunda yeni MÜDİR TƏYİNATI

Təhsil sektorunda yeni MÜDİR TƏYİNATI

Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyinat olub.

Kristal TV xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən bu vəzifəyə Elnur Quliyev təyin olunub. Qeyd edək ki, o, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki, son vaxtlar təhsil sahəsində bir neçə neqativ hallar qeyd alınmışdır. Ümid edirik ki, yeni vəzifəyə təyin olunan şəxslər bu cür xoşagəlməz faktların qarşısını alacaq, üzərinə düşən öhdəliyi vicdanla yerinə yetirəcəkdir. 

Kristal TV olaraq biz də yeni təyinat münasibəti ilə Elnur Quliyevi təbrik edir, məsuliyyətli fəaliyyətində nailiyyətlər arzulayırıq. 

 

Oxşar xəbərlər