Tovuz Heydər Əliyev meydanında Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib.
Tovuzda Novruz bayramı münasibətilə ümumrayon şənliyi keçirilib. Kristal TV xəbər verir ki, tədbiri RİH başçısı Məmməd Məmmədov açaraq Novruz bayramı münasibətilə tovuzluları və rayonumuzun qonaqlarını təbrik eidb, ölkəmizdə milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması və daha da inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətlərini xüsusilə vurğulayıb. Sonra Bahar qız, Kosa və Keçəl faytonda şəhər gəzintisi həyata keçirərək meydana daxil olmuş və tədbir iştirakçılarını salamlayıblar.
Meydanın mərkəzində quraşdırılmış rəmzi tonqal qalanmış, idmançıların ifasında tamaşalar nümayiş etdirilmiş, milli oyunlar, Novruz adət-ənənələri, milli xörəklər, şirniyyatlardan ibarət “Novruz” sərgisi iştirakçılara təqdim olunub.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz rayon prokuroru Maarif Hüseynov və ictimaiyyət nümayəndələri meydanda sərgilənən Novruz adət-ənənələri ilə tanış olmuş, şəhid ailələrini, qaziləri və sakinləri bayram münasibətilə təbrik ediblər.
Bayram şənliyi geniş konsert proqramı ilə davam edib.