Xocalı qətliamından 33 il keçir
İllər keçsə də, xalqımız bu dəhşətli hadisəni unutmur. Çünki Xocalı soyqırımı tariximizin ən qanlı səhifəsidir.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar Tovuz şəhərində fəaliyyət göstərən "Qərənfil" körpələr evi - uşaq bağçasında tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Dövlət Himni və ardınca torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Xocalı hadisələri haqqında Qərənfil körpələr evi uşaq bağçasının drektoru Sevda xanım Səfərova geniş məlumat verərək Bildirilib ki, ermənilər zaman-zaman Azərbaycan xalqının başına müsibətlər açmış, 33 il əvvəl isə, onların vəhşilikləri ən pik həddə çatmış, nəticədə, bütün dünyaya səs salan Xocalı Faciəsi baş vermişdir. Qeyd olunub ki, XX əsrin sonunda törədilən Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
Tədbirdə bağçanın fidan balaları da yaxından iştirak edərək, faciə ilə əlaqədar səhnəciklər təqdim edib, şeirlər söyləyib, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Tədbirə dair geniş video materiallar təqdim olunacaq. Çəklişdə göstərilən yüksək şəraitə ğörə Qazax -Tovuz Regional Təhsil İdarəsinin Rəhbəri Cənab Anar Məcidova öz minnatdarlığımızı bildiririk.