Qubada Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürdü

Qubada Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürdü

Quba rayonu Fizika-Riyaziyyat və İnformatika Təmayüllü liseydə Azərbaycan Skautlar Assosiasiyasının iki layihəsi start götürüb.

Kristal TV TehsilForumu.Az saytına istinadən xəbər verir ki , Azərbaycan Skautlar Assosiasiyasından AZƏRTAC-a bildirilib ki, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin qalibi olan “Məktəblərdə skaut klublarının yaradılması” layihəsində, ümumilikdə, Azərbaycanın müxtəlif bölgələrindən müraciət etmiş 280 müəllim arasından 30 nəfər seçim turundan keçərək iştirak haqqı qazanıb. Məktəblilərin öyrənmə prosesini skaut metodu ilə dəstəkləmək, yeni tədris üsullarını kəşf etmək və nəzəri biliklərini təcrübədə istifadə etmək, təhsil keyfiyyətini artırmaqla yanaşı, şagirdlərin xarakter, sosial inkişafına töhfə vermək layihənin əsas məqsədləri sırasındadır.

 

Oxşar xəbərlər