Kristal Tv Qazax-Tovuz Regional təhsil idarəsinə istinadən xəbər verir ki, layihənin məqsədi məktəblərarası işgüzar münasibəti gücləndirmək, çatışmazlıqları aradan qaldırmaq, motivasiya və işgüzar dəstək mühiti formalaşdırmaqdır.
Layihə çərçivəsində Tovuz rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ibarət 16 qrup formalaşdırılmışdır. Qrup əməkdaşları mütəmadi qrupa daxil olan məktəblərə işgüzar səfərlər edəcək, məktəb sənədlərinin düzgün işlənilməsi, davamiyyət, nizam - intizam qaydaları ətrafında müzakirələr edəcək və dərs dinləmələrdə iştirak edəcəklər. Hər ay sonu qrupların hesabatları dinləniləcək.