Öyrətmə və öyrənmə üzrə beynəlxalq sorğunun – TALIS 2024–ün əsas mərhələsi uğurla tamamlanıb. Tədqiqat Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir.
Bildirilib ki, əsas mərhələ üzrə seçilən 222 məktəbdən ümumilikdə 4310 (98%) müəllim və 222 (100%) direktor sorğunu tamamlayıb. Bu müəssisələrdən 199-u dövlət, 19-u özəl, 4-ü isə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tabe məktəbdir. Bu göstəricilərin fonunda bildirmək olar ki, ölkəmiz TALIS tədqiqatında əsas mərhələni yüksək iştirak ilə tamamlayan ilk ölkə olub.
Bildirək ki, beynəlxalq tədqiqatın əsas mərhələsi üzrə məlumatların toplanması prosesinin cari ilin fevral ayının 1-dən başlayaraq mart ayının 31-də tamamlanması planlaşdırılıb. Əsas mərhələdə ölkəmizdə 222 məktəb üzrə ümumilikdə 4000-dən çox müəllimin və 222 məktəb rəhbərinin iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya tərəfindən 2008-ci ildən etibarən hər beş ildən bir həyata keçirilən TALIS tədqiqatında ölkəmiz ilk dəfə iştirak edir. Tədqiqat müəllimlərin və məktəb rəhbərlərinin bir çox istiqamət üzrə fikir və baxışlarını öyrənməyi hədəfləyir. Belə ki, TALIS tədqiqatında iştirak edən müəllimlər və məktəb rəhbərləri aşağıda qeyd olunan istiqamətlər üzrə sualları cavablandırır:
• Müəllimlərin peşəkar inkişafı
• Müəllimlərin tədrisə dair baxışları
• Müəllimlərin işinin qiymətləndirilməsi
• İş yerində müəllimlərin və məktəb rəhbərlərinin qarşılaşdıqları problemlər
• Müəllimlərin və məktəb rəhbərlərinin idarəetmə haqqında fikirləri
- USD : 1.7000
- EUR : 1.9741
- RUB : 2.1629
CANLI
TALIS 2024–ün əsas mərhələsi uğurla yekunlaşdı
- Elm-təhsil
- 2 il əvvəl əlavə olunub
Xəbərə aid teqlər:
Oxşar xəbərlər
Gənclər niyə elmdən uzaqlaşır?
2 il əvvəl“Məktəbdə bir gün” layihəsinə start verilib
4 ay əvvəlVideo Şəhid məzarları ziyarət edildi.
3 il əvvəl
Son xəbərlər
Alma qabıqlarını atmayın! FAYDALIDIR
20 gün əvvəlBlogger nedir? Blogger Kimdir?
27 gün əvvəlOruc tutarkən mədə ağrısından qorunun
29 gün əvvəlGün ərzində neçə addım atmalıyıq?
1 ay əvvəlAZAL Naxçıvana birbaşa uçuşları bərpa edib
1 ay əvvəl“Fastfood” yaddaş üçün ciddi təhlükədir
1 ay əvvəl“Kinobox” və “Mahnı TV”yə lisenziya verilib
1 ay əvvəlAbunə ol
Xəbərləri ilk siz oxuyun